OĞURLANILARAQ DÖYÜLƏN JURNALİST TİBBİ MÜAYİNƏDƏN KEÇİB

Martın 25-dən 26-a keçən gecə naməlum  şəxslərin fiziki hücumuna məruz qalan “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyev həkim müayinəsindən keçib. Həkimlər ona  döş qəfəsinin yumşaq toxumalarının əzilməsi diaqnozunu qoyublar. Bu barədə bu gün (28 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) S. Həziyevin özü məlumat verib.

Seymur Həziyev bildirdi ki, martın 26-da həkim müayinəsi zamanı döyülməsi ilə bağlı heç bir söz deməyib: “Əgər mənim hansı şəkildə döyülməyimi eşitsəydilər, mənə aldığım xəsarətlərə dair tibbi arayış verməzdilər.”

Xatırladaq ki, martın 25-dən 26-a  keçən gecə  saat 00.30 radələrində “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyevin yaşadığı Abşeron rayonunun  Ceyranbatan qəsəbəsinin girişindən başına torba keçirilərək oğurlanılıb və naməlum ünvana aparılaraq işgəncəyə məruz qoyulduqdan sonra Binəqədi rayonu ərazisində  küçəyə atılıb.

 

Previous Post

EYNULLA FƏTULLAYEVİN DAHA BİR ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNİN İCRAATINA GÖTÜRÜLÜB

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ RADİO MÜSABİQƏSİ ÜZRƏ İDDİAÇILARIN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.