“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTORU KASSASİYA ŞİKAYƏTİ VERİB

 “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlu Ali Məhkəməyə kassasiya  şikayəti verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun özü məlumat verib.

Onun sözlərinə görə, Mətbuat Şurasına və qurumun sədr müavini Vüqar Rəhimzadəyə qarşı qaldırdığı iddia Binəqədi rayon məhkəməsi tərəfindən təmin edilməmiş və Bakı Apellyasiya məhkəməsi də qərarı qüvvədə saxladığına görə, qərardan kassasiya şikayəti verib.
Xatırladaq ki, Mətbuat Şurası  “Korrupsiya və Cəmiyyət” jurnalını “reket mətbuat” siyahısına daxil etdiyi üçün M.Əhmədoğlu, Mətbuat Şurasının təkzib verərək üzr istəməsi və dəymiş maddi ziyana görə 4.000 (dörd min) manat, mənəvi ziyana görə 100000 (yüz min) manat ödəməsi barədə iddia qaldırmışdı. 30 iyun 2009-cu il tarixdə Binəqədi rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə qərar çıxarmış və Bakı Apellyasiya Məhkəməsi 16 sentyabr tarixində baş redaktorun apellayasiya şikayətinin  təmin olunmamasına qərar vermişdi.

Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVLA BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU BƏYANAT YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.