MEDİA HÜQUQU İNSTİTUTU BƏYANAT YAYIB

Media Hüququ İnstitutu (MHİ) “Femida 007” qəzetinin baş redaktoru, hüquq mühafizə siste¬min¬də¬ki nöqsanlar haqqında tənqidi yazıları ilə seçilən Əyyub Kərimovun həbsə atıla biləcəyindən də¬rin narahatlıq keçirir. Jurnalistə yazılarına görə ağır cinayət cəzası istənilməsini ifadə azadlığına ağır təzyiq sayan MHİ, hökuməti Azərbaycanda ifadə azadlığına vurula biləcək daha bir ağır yaranın qarşısını almağa çağırır.

MHİ bəyanatda xatırladır ki, təkcə son 1 ayda Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutan maddələrinə əsasən 5 jurnalistə ağır cinayət cəzası verilib. Media Hüququ İnstitutu daxili işlər nazirini ifadə azadlığının ağır imtahanlar verdiyi belə durumda daha bir jurnalisti həbsə atdırmaq niyyətindən geri çəkilməyə, Azərbaycan hökumətini tənqidçi jurnalistlər barəsində çıxarılan bütün qeyri-adekvat qərarları ləğv etməyə, defamasiya (nüfuzun qorunması) ilə bağlı beynəlxalq ölçülərə uyğun qanun qəbul etməyə çağırır.
Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Naziri Ramil Usubov “Femida 007” qəzetində yazdığı yazılara görə, Əyyub Kərimovu xüsusi ittiham qaydasında məh¬kə¬məyə verib. Nazirin ittihamları təsdiqlənərsə baş re¬dak¬tora 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Previous Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTORU KASSASİYA ŞİKAYƏTİ VERİB

Next Post

İŞGƏNCƏLƏR ƏLEYHİNƏ ÜMUMDÜNYA TƏŞKİLATI GƏNC BLOQÇULARIN HƏBSİNƏ GÖRƏ NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.