
Xatırladaq ki, MŞ bir müddət əvvəl “reket” qəzetlərin siyahısını açıqlayarkən, “Korrupsiya və Cəmiyyət” jurnalını da bu siyahıya daxil etdiyi üçün M.Əhmədoğlu Binəqədi rayon Məhkəməsinə müraciət edərək, MŞ-nin təkzib verərək üzr istəməsini və dəymiş mənəvi ziyana görə cavabdehlərin hər birinin 4.000 (dörd min) manat ödəməsini istəmişdi. 30 iyun 2009-cu ildə Binəqədi rayon məhkəməsinin hakimi Allahverən Həsənov iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarmışdı.