“AYAN” QƏZETİNƏ QARŞI İDDİA TƏMİN EDİLMƏDİ

Bu gün (9 oktyabr) Nəsimi rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Masallı rayonunda yerləşən “Viləş” su anbarının direktoru Ağabəy Ağayevin “Ayan” qəzetinə qarşı mülki iddiası  üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə cavabdeh tərəf kimi “Ayan” qəzetinin təsisçisi və baş redaktoru Cavid Ələsgəroğlu və Vasif Turan, iddiaçı qismində “Viləş” su anbarının direktoru A. Ağayev və onun vəkili İlham Ağayev iştirak edirdilər.
Cavabdehin nümayəndəsi V. Turan “Ayan” qəzetinin 8 mart 2009-cu il tarixli sayında “1000 nəfərin həyatı təhlükədədir” başlıqlı məqalədə yazıların həqiqətə əsaslanaraq yazıldığını bildirdi. O həmçinin qeyd edib ki, məqaləni yazarkən istənilən  tərəfin fikirlərini öyrənmək üçün dəfələrlə A. Ağabəyovla əlaqə saxlamağa cəhd etsə, də sözügedən şəxs onunla danışmaqdan qəti surətdə imtina edib.
A.Ağabəyov  məqalədə yazıların həqiqətə uyğun olmadığını və iddianın əsaslı olduğunu bildirdi.
Sübutları dəyərləndirmək üçün müşavirə elan edən hakim E. Mehdiyev iddianın təmin olunmaması barədə qərar verdi.
Xatırladaq ki, Heydər Əliyev adına “Viləş” Su Anbarının direktoru Ağabəy   Ağayev “Ayan” qəzetində dərc olunmuş “1000 nəfərin həyatı təhlükədədir başlıqlı yazıda gedən fikirlərin böhtan olduğunu iddia edir və buna görə, qəzetin  50 min manat cərimə edilməsini  və qəzetin təkzib verməsini istəyirdi.

Previous Post

RATİ ƏMƏKDAŞLARININ FİZİKİ TƏZYİQƏ MƏRUZ QALMASI VƏ ŞAHİN AĞABƏYLİNİN HƏBSİ İLƏ BAĞLI MƏTBUAT KONFRA

Next Post

CƏLİLABAD POLİSİ BAŞ REDAKTORDAN İZAHAT İSTƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.