ƏLİ HƏZİQULİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DƏ TƏMİN OLUNMADI

Bu gün (09 fevral) Bakı Apellyasiya Məhkəməsində hakim Rəhman Mirzəyevin sədrliyi ilə “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyevin “Gənc Vətənpərvərlər Hərəkatı”nın sədri Fikrət Fərəmozoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə Yasamal rayon Məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli qərarından verdiyi şikayət üzrə məhkəmə prosesi keçirildi.

İddiaçı tərəfin iştirak etmədiyi prosesdə ilk çıxış edən  F.Fərəməzoğlu bildirdi ki, vaxtilə onun baş redaktoru olduğu “24 saat” qəzetində 4 fevral 2008- ci il tarixdə yazılmış “Şərəfsizlərə şərəf dərsi” başlıqlı məqalə “Elçi” qəzetinin baş redaktoruna verilən cavab idi: “Əli Həziquliyev mənim və ailəm barədə həqiqətə uyğun olmayan yazılar yazmışdı. Mən də buna cavab olaraq “Şərəfsizlərə şərəf dərsi” məqaləsini yazmışdım. Bu yazıda təhqiredici ifadələr olmadığını nəzərə alaraq Yasamal rayon Məhkəməsi Əli Həziquliyevin iddiasını təmin etmədi”.
İddiaçının səbəb göstərmədən artıq ikinci dəfə prosesə gəlmədiyini, habelə iddiasının əsassız olduğunu qeyd edən hakim Əli Həziquliyevin vermiş olduğu apellyasiya şikayətini təmin etmədi.
Qeyd edək ki, məhkəmə prosesi hakim R. Mirzəyevin iş otağında keçirilib və R. Mirzəyev bunu bəhanə gətirərək  RATİ-nin əməkdaşlarına prosesdə foto və video çəkiliş aparmaq üçün icazə verməyib.
Previous Post

QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Next Post

XARİCİ RADİOLARLA BAĞLI ABŞ-la AZƏRBAYCAN ARASINDA MÜZAKİRƏLƏRƏ BAŞLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.