2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun yaxın qohumları Sərvər və Cavidan Hüseynovlar fevralın 7-də onunla görüşüblər.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Cavidan Hüseynov məlumat verib. Onun sözlərinə görə, M. Hüseynov səhhətindən və saxlanma şəraitindən şikayət etməyib.
Jurnalist hüquq müdafiəçisi Leyla Yunusa qarşı daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəmə iddiası qaldırılmasından narahat olduğunu və bu problemin tezliklə Leyla Yunusun xeyrinə həll olunacağına inandığını deyib.
Xatırladaq ki, M. Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə (rüşvət alma) ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan isə Apellyasiya Məhkəməsi cəzanın 5 il müddətinə endirilməsi barədə qərar çıxarıb.