“QANUN” NƏŞRİYYATINA VƏ JURNALİSTƏ QARŞI İDDİA NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Bu gün (7 dekabr) Səbail Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə Aşıq Ələsgərin  nəvəsi və tədqiqatçısı İslam Ələsgərin müstəqil jurnalist Qabil  Zimistanoğluna (Abdullayev) və “Qanun” nəşriyyatına qarşı iddiasına əsasən proses keçirildi.

Prosesdə iddiaçı İslam Ələsgər və cavabdehlərdən Qabil Zimistanoğlu, “Qanun” nəşriyyatının nümayəndəsi Müzəffər Baxışov iştirak edirdilər.
Hakim F. Hüseynov “Qanun” nəşriyyatının hüquqi ünvanı kimi Nəsimi rayonu 2-ci Alatava ərazisinin göstərildiyini əsas gətirərək, mülki işə aidiyyəti üzrə baxılması üçün işin Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərar çıxardı.
Xatırladaq ki, iddiaçı Qabil Zimistanoğlunun tərtib etdiyi və “Qanun” nəşriyyatında çap edilmiş “Aşıq Ələsgər. Bütün əsərləri”  adlı kitabın nəşri nəticəsində müəlliflik hüquqlarının pozulduğunu iddia edərək, cavabdehlərin hər birindən 10.000 (on min) manat təzminat ödəməsini iddia edir.

Previous Post

Həbsdə olan müxbir Müşfiq Hüseynovun səhhəti ilə əlaqədar mətbuat konfransı

Next Post

“EURONEWS” TELEKANALININ AZƏRBAYCANDA KABEL TELEVİZİYALARI VASİTƏSİLƏ YAYIMI DAYANDIRILA BİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.