“İDEAL” JURNALI İLƏ BAĞLI İDDİA XƏTAİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

fevral 13th, 2009
Dünən (12 fevral) Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə müğənni Günel Ələkbərovanın  Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Belə ki, G. Ələkbərova “İdeal” jurnalında dərc olunan “Pişik Günel” başlıqlı yazıda öz şərəf və ləyaqətinin alçaldığını hesab edərək Nəsimi rayon Məhkəməsinə müraciət edib. Cavabdeh tərəf isə Nəsimi rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, işi baxılması üçün, redaksiyanın hüquqi ünvanına uyğun olaraq Xətai rayon Məhkəməsinə göndərilməsini istəmişdir. Məhkəmə bu vəsatəti təmin etmişdir. Bu qərarla razılaşmayan G. Ələkbərova isə Apellyasiya məhkəməsinə şikayət vermişdir. Apelyasiya məhkəməsinin hakimi T. Səmədov isə şikayətə baxaraq  birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlamış və işin baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir.
Xatırladaq ki, G. Ələkbərova iddiasında jurnalın məsul şəxsləri barəsində cinayət işinin açılmasını, dəymiş mənəvi zərərə görə 100 000 AZN təzminatın ödənilməsini və ümumilikdə jurnalın fəaliyyətinin dayandırılmasını istəyib.