“İNAM ” PLÜRALİZM MƏRKƏZİ HESABAT AÇIQLAYIB

fevral 13th, 2009
Bu gün (13 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində "İnam” Plüralizm Mərkəzinin hazırladığı “Azərbaycanda demokratiyanın mövcud durumuna dair” hesabatın təqdimatı keçirilib.

Tədbirdə ilk çıxış edən "İnam ” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, bu hesabatın lokanik və 5 bölmədən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, hesabat insan hüquqları, ifadə azadlığı, seçki hüququ, media azadlığı və digər fundamental insan hüquq və azadlıqları bölmələrindən ibarətdir. Hesabatda həmçinin birləşmə azadlığı, toplaşma azadlığı siyasi hüquqlar və s məsələlərin də öz əksini tapdığını söyləyən V. Qazi, hesabatı hazırlayarkən hüquq müdafiəçisi Sahib Məmmədov və hüquqşünas Ələsgər Məmmədlinin də köməyindən istifadə etdiyini bildirib.
   Tədbirdə daha sonra çıxış edən hüquqşünas Ə. Məmmədli bildirib ki, hesabat mümkün dərəcədə qısaldılaraq, istifadəsi asan formada hazırlanıb.