“XURAL” QƏZETİNƏ QARŞI İRƏLİ SÜRÜLƏN İDDİA RƏDD EDİLİB

aprel 16th, 2009
14 aprel tarixində Nərimanov Rayon Məhkəməsində İrina Hüseynova tərəfindən “Xural” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) sözügedən qəzetin baş redaktoru Əvəz Zeynallı verib. Baş redaktorun bildirdiyinə görə, məhkəmə sözügedən iddia üzrə işi icraata götürməyib.
Xatırladaq ki, iddiaya səbəb “Xural” qəzetində “Ermənilər Bakıdan rədd olsun” şüarı ilə gedən yazı olub.