“NOTA” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİA QİSMƏN TƏMİN EDİLDİ

Bu gün (31 mart) Xətai  Rayon Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə “Azadlıq Hərəkatçılar Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesini açıq elan edən hakim T. Əliyev ilk olaraq iddiaya səbəb olan “Təhmasib Novruzov kimlərin sifarişini yerinə yetirir”, “ATM əməkdaşlarımızı ölümlə hədələyir!”, “MTN-in APA-dakı adamı kimdir?”, “Bəhlul Muradova daha bir cinayət işi qaldırdı”,“Anan ölsün ay Ramazan-2” və “Sevil Nuriyevanın adının qəzetimizdə hallanmasını istəyən qüvvələr kimdir?” başlıqlı məqalələrin müəllifi, “Aytən Şirin”, “Cavidan” və “Qorxmaz Saleh” təxəllüsləri ilə yazan Fərəməz Novruzoğlunun çıxışını dinlədi. F. Novruzoğlu iddiaya səbəb olan məqalələrdə AHB-nin sədri T. Novruzovun şərəf və ləyaqətini qətiyyən təhqir edilmədiyini bildirdi. Jurnalist adıçəkilən məqalələrin bəzilərinin telefon vasitəsilə T. Novruzovun özü tərəfindən ona bildiridiyini və deyilən sözləri versiya formasında qəzetdə dərc edildiyini hakimin nəzərinə çatdırdı.
Daha sonra çıxış edən AHB-nin sədri isə bəzi məlumatları F. Novruzoğluna məhz özünün dediyini, lakin bu deyilənlərin qəzetdə çap olunacağı barədə ona heç bir söz deyilmədiyini vurğuladı. T. Novruzov bu yazıların KİV haqqında qanuna zidd olduğunu və özünün işgüzar nüfuzuna xələl gətirdiyini də bildirdi.
Prosesdə hakim tərəflərə son çıxış üçün söz verdi. Cavabdeh tərəf “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli hakimdən iddianın təmin etməməsini xahiş etdi. Çıxış edən T. Novruzoğlu isə iddianın təmin edilməsini, üzr istənilməsini və təkzib verilməsini ilə bağlı qərarın çıxarılmasını xahiş etdi və dəymiş mənəvi ziyanın miqdarını hakimin öz istəyinə buraxdığını bildirdi.
Hakim T. Əliyev müşavirə elan etdi. Müşavirədən dərhal sonra hakim iddianın qismən təmin edilməsi, “Nota” qəzetinin  yazılmış məqalələrin yalnış olması ilə bağlı təkzib verməsi, üzr istənilməsi barədə qətnamə qəbul etdi.
Xatırladaq ki, iddiaya səbəb “Nota” qəzetinin  01-07 fevral 2009-cu il 04 (018) sayında “Təhmasib Novruzov kimlərin sifarişini yerinə yetirir”, 08-14 fevral 05 (019) sayında “ATM əməkdaşlarımızı ölümlə hədələyir!”, “MTN-in APA-dakı adamı kimdir?”, 22-28 fevral 2009-cu il 07 (021) sayında “Bəhlul Muradova daha bir cinayət işi qaldırdı”, 01-07 mart 08 (022) sayında “Anan ölsün ay Ramazan-2”, 08-14 mart 2009-cu il 09 (023) sayında “Sevil Nuriyevanın adının qəzetimizdə hallanmasını istəyən qüvvələr kimdir?” adlı məqalələrdir.  Onu da qeyd edək ki, iddiada vurulmuş mənəvi zərərə görə “Nota” qəzeti redaksiyasından 120.000 ( yüz iyirmi min ) AZN məbləğində təzminat tutulması, qəzetdə təkzib verilməsi və üzr istənilməsi barədə qətnamə çıxarılması xahiş olunur.
Previous Post

EMİN HÜSEYNOVUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Next Post

MÜBARİZ MƏSİMOĞLUNUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.