MÜBARİZ MƏSİMOĞLUNUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Bu gün (31 mart) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktor müavini Mübariz Məsimoğluna və vətəndaş Şakir Abbasova qarşı, Yasamal Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin (CM) 221.2  (xuliqanlıq) maddəsi ilə açılmış cinayət işinə əsasən, məhkəmə prosesi keçirilməli idi.

Lakin təqsirləndirilən M. Məsimoğlunun vəkili məhkəmədə iştirak etmədiyinə görə hakim prosesi aprel ayının 9-u saat 15:00-a kimi təxirə saldı.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında 218 saylı marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə M. Əsədova və E. Carçıyev arasında  mübahisə yaranıb və insidentlə bağlı Yasamal RPİ-nin istintaq şöbəsində  M. Məsimoğluna qarşı CM-nin 221.2  (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb.
Previous Post

“NOTA” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİA QİSMƏN TƏMİN EDİLDİ

Next Post

“XOCALI SOYQIRIMINI TANITIM” İCTİMAİ BİRLİYİ 31 MART HADİSƏLƏRİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.