XƏDİCƏ İSMAYILOVANIN PROKURORLUĞA QARŞI İDDİASI TƏMİN OLUNMAYIB

Bu gün (27 iyul) Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın  Bakı şəhər Prokurorluğuna qarşı iddiası təmin edilməyib.

Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Fariz Namazlı məlumat verib.
Vəkil qeyd edib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, İsmayılova Prokurorluğu şəxsi həyatına müdaxilə ilə və istintaqın gedişindən narazılıqla bağlı məhkəməyə verib.
  Xatırladaq ki, martın 7-də “Azadlıq”  radiosunun əməkdaşı Xədicə İsmayılovanın  ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Martın 13-də hakim Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan eyni adlı “Yeni Azərbaycan” qəzetində isə  “Xədicə İsmayılova göründüyü və olduğu kimi” başlıqlı altında qarayaxma xarakterli geniş yazı dərc olundu, bir gün sonla isə anonim sayt vasitəsilə jurnalistlə bağlı pornogörüntü yayıldı. Jurnalistin Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə etdiyi müraciətdən sonra martın 15-də Baş Prokurorluq onun şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi qaldırıb. CM-nin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması) üzrə qaldırılan cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğuna həvalə edilib. Bakı şəhər prokurorluğunun siyasi xarakterli bəyanatı isə aprelin 26-da  X. İsmayılovanın iştirakı ilə ona qarşı aparılan qara PR kampaniyası ilə bağlı jurnalist təhqiqat qrupunun hesabatının açıqlanmasından sonra verilib.
 
Previous Post

İSTİNTAQ HİLAL MƏMMƏDOVLA BAĞLI MƏLUMATLARI GİZLƏTMƏYƏ ÇALIŞIR

Next Post

NAXÇIVANDA YENİ MEDİA İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.