İSTİNTAQ HİLAL MƏMMƏDOVLA BAĞLI MƏLUMATLARI GİZLƏTMƏYƏ ÇALIŞIR

“Tolışi sədo” qəzetinin həbsdə olan redaktoru Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi onun azad edilməsi məqsədilə ictimai kampaniyanı gücləndirmək niyyətindədir.

Komitənin bugünki iclasında məhbusun qardaşı Səbahəddin Məmmədov bildirib ki, son həftələr iş üzrə heç bir istintaq hərəkəti aparılmır. Bu, həm qanunsuz narkotik saxlamaq, həm də dövlətə xəyanət ittihamlarına aiddir.
            H.Məmmədovun hüquqlarının müdafiə komitəsinin sədri Arzu Abdullayeva jurnalistin saxlandığı andan etibarən hüquqlarının kobud şəkildə pozulduğuna diqqət çəkib. Belə ki, o, fiziki təzyiqə məruz qalıb, evində axtarış prosessual normaların pozuntusu ilə həyata keçirilib. Təqsirsizlik prezumpsiyası pozulub.   
            Müstəqil hüquqşünas Xalid Bağırov hesab edir ki, hakimiyyət Məmmədovun işi üzrə məlumatları gizlətməyə çalışır. Məhz buna görə vəkillərdən istintaq sirlərini açmamaq barədə iltizam alınıb. “Hüquq-mühafizə orqanları özləri istintaq materialları haqqında məlumat yayırsa, bu niyə vəkillərə qadağan edilir? Bu, vəkillərin səlahiyyətini əlindən almaq üçün qəsdən edilir”, deyə hüquqşünas bildirib.  Onun fikrincə, vəkillər Məmmədovun məhkəməsi başlayanacan nələrin dövlət sirri olduğunu dəqiqləşdirmək üçün istintaqa vəsatətlər verməlidirlər. Hüquqşünaslar Elçin Namazov və Namizəd Səfərov da bu fikri dəstəkləyib.
            “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev beynəlxalq ictimaiyyətə Məmmədovun şəxsiyyəti barədə məlumat vermək məqsədilə onun haqqında bioqrafik esse hazırlamağı təklif edib.
            Politoloq Zərdüşt Əlizadə Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin fəaliyyətini “Tolışi sədo”nun baş redaktoruna beynəlxalq dəstək kampaniyası həyata keçirən rusiyalı hüquq müdafiəçisi Svetlana Qannuşkina ilə koordinasiya etməyi təklif edib.
Previous Post

RATİNİN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

XƏDİCƏ İSMAYILOVANIN PROKURORLUĞA QARŞI İDDİASI TƏMİN OLUNMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.