XƏZƏR TV-YƏ QARŞI İDDİA QALDIRILIB

“Xəzər” TV-ni şərəf və ləyaqətini ləkələməkdə ittiham edən vətəndaş Zəkiyyə Həziyeva bu telekanalı məhkəməyə verib.

Bu məlumatı Həziyeva özü Lent.az saytına bildirib. Dünən (16 iyul) iddia ərizəsini Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyini deyən  Həziyeva məhkəməyə müraciət etməyinə telekanalda onun barəsində Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması ilə bağlı təhrif olunmuş məlumatların yayılmasının səbəb olduğunu deyib. O telekanaldan 50000 AZN təzminat tələb edir.

Previous Post

Medianın Hüququ Durumu ilə bağlı MHİ-nin hesabatının təqdimatı

Next Post

DAXİLİ İŞLƏR NAZİRLİYİ RATİ-NİN RƏHBƏRİ EMİN HÜSEYNOVUN POLİS TƏRƏFİNDƏN DÖYÜLDÜYÜNÜ İNKAR EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.