DAXİLİ İŞLƏR NAZİRLİYİ RATİ-NİN RƏHBƏRİ EMİN HÜSEYNOVUN POLİS TƏRƏFİNDƏN DÖYÜLDÜYÜNÜ İNKAR EDİR

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, Daxili İşlər Nazirliyi millət vəkili Cəmil Həsənlinin RATİ-nin sədri Emin Hüseynova qarşı bu il iyunun 14-də Nəsimi rayon 22-ci polis bölməsində zorakılıq faktı ilə bağlı məktubuna cavab verib.

Məktubda DİN daxili Təhqiqatlar İdarəsinin rəisi Arif Rzayev tərəfindən cavablandırılıb.
Cavab məktubunda bildirilir ki, E.Hüseynovun bədənində tibbi müayinə zamanı hər hansı bir xəsarət və xəsarətin obyektiv əlamətləri aşkar edilməyib, ona “nevrotik reaksiya” diaqnozu təyin edilib. Həmçinin Hüseynovun “Alaturka” kafesindən polis bölməsinə gətirildikdən sonra zorakılığa məruz qalması təsdiqlənməyib.
E.Hüseynov A.Rzayevin məktubda dediklərini “ağ yalan” hesab edir: ”22-ci polis bölməsində boynuma əl ilə güclü zərbə endirilib. Musa Nağıyev adına təcili yardım xəstəxanasına daxil olan  zaman mənə gizlin kəllə-beyin travması diaqnozu qoyulub. Sonradan bu diaqnoz saxta “nevrotik reaksiya” diaqnozu ilə əvəz olunub”.
RATİ qeyd edir ki, Emin Hüseynov üzləşdiyi zorakılıqla əlaqədar yaxın günlərdə mətbuat konfransı keçirəcək.

Previous Post

XƏZƏR TV-YƏ QARŞI İDDİA QALDIRILIB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.