MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI MƏHKƏMƏYƏ VERİLİB

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" (SGHM) İctimai Birliyi Milli Televiziya və Radio Şurasını, (MTRŞ) Sumqayıt şəhərində regional telekanalın açılması üçün lisenziya verməməkdə ittiham edərək məhkəməyə verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) SGHM-nin  prezidenti Elçin Məmmədli məlumat verib. Onun sözlərinə görə ötən ilin sonlarında Sumqayıtda yeni televiziyanın açılması ilə bağlı  SGHM tərəfindən MTRŞ-a müraciət edilib. MTRŞ isə SGHM-a göndərdiyi cavab məktubunda bildirib ki, yeni regional telekanalının açılması üçün əsas ehtiyac meyarlarından biri, əhalinin tələbatının olmasıdır: “Biz isə Sumqayıt şəhərində ikinci bir telekanalın açılmasını istəyən 5 min şəhər sakininin  imzasını topladıq və MTRŞ-a təqdim etdik. MTRŞ-dan isə bizə bildirdilər ki, Sumqayıtda yeni telekanalın açılmasına ehtiyac yoxdur”.
E. Məmmədli yerli instansiya məhkəmələri iddianı təmin etmədiyi halda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini də qeyd edib.
Sumqayıtda yeni telekanalının açılması üçün MTRŞ-a çoxdan müraciət edildiyini bildirən MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov, qanunvericiliyin tələblərinə uyğun olaraq yeni televiziyanın açılmasını yalnız müsabiqə yolu ilə həyata keçirdiyini qeyd edib: “Sumqayıtda “Dünya” TV fəaliyyət göstərir. MTRŞ regionlarda balanslı siyasət aparır, yeni telekanal yalnız müsabiqə əsasında və telekanal olmayan ərazilərdə açıla bilər”.
Previous Post

SUMQAYITDA MƏTBUATA DƏSTƏK MƏQSƏDİ İLƏ AKSİYA KEÇİRİLİB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN HAZIRLIQ PROSESİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.