SUMQAYITDA MƏTBUATA DƏSTƏK MƏQSƏDİ İLƏ AKSİYA KEÇİRİLİB

Dünən (12 aprel) Sumqayıt şəhərində "168 saat" qəzeti, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və "Fərdi İnkişaf və Karyera Mərkəzi"nin birgə təşkil etdiyi "168 saat oxumasaq da, 1 saat oxuyaq" adı altında aksiya keçirilib.

Bu aksiya qəzet oxumaq və mətbuata maraq yaratmaq məqsədi daşıyıb.
İki hissədən ibarət olan aksiyada ilk olaraq 50 nəfərə yaxın gənc oturaraq qəzet oxuyub, ikinci hissəsi isə yürüş formasında davam etdirilib. "168 saat" qəzetinin baş redaktoru Vüsal Məmmədov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna verdiyi məlumata görə aksiyanı keçirməkdə məqsədləri ictimaiyyətin diqqətini mətbuata cəlb etməkdir: "Mətbuatda müzakirə olunan məsələlər ictimaiyyətdə az yer almaqdadır. Xüsusilə regionlarda mətbuata maraq birtərəfli deyil. "168 saat" qəzeti ictimai marağı daha çox cəlb etmək iqtidarındadır".
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkilləri, Sumqayıt şəhər ziyalıları, əsasən isə gənclər iştirak edib.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI MƏHKƏMƏYƏ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.