YENİ MÜSAVATA QARŞI OLAN İDDİALARDAN BİRİNƏ XİTAM VERİLDİ

Noyabrın 30-da Nizami rayon Məhkəməsi Şirvan şəhər sakini İsa Məhərrəmovun “Yeni Müsavat” qəzetinə  qarşı iddiasına baxıb.

İddiaçının bir neçə dəfə prosesə gəlmədiyi üçün məhkəmə işə xitam verib. Bu haqda “Azadlıq” Radiosuna “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

“İsa Məhərrəmov 2011-ci ilin aprelində Bakıda keçirilən aksiyalarda inzibati binaların pəncərələrini qırmaqda ittiham olunurdu. O, qəzeti bu məlumatı yaydığı üçün məhkəməyə vermişdi. Ona dəymiş ziyana görə 25 min manat təzminat tələb edirdi”, – deyə R.Arifoğlu qeyd edib.

Qeyd edək ki, ”Yeni Müsavat”a qarşı indi 6 məhkəmə iddiası  (1.Millət vəkili  Cəlal Əliyev “Yeni Müsavat”a qarşı –  C.Əliyevin tələbi ilə məhkəmə qəzeti 1500 AZN kompensasiya ödəməyə məcbur edən qərar verib; 2. Müdafiə Nazirinin müavini  Çingiz Məmmədov “Yeni Müsavat”a qarşı  – Azərbaycan Respublikasının silahlı qüvvələrində baş verən ölüm halları barəsində yazılara görə Müdafiə Nazirinin müavini  Çingiz Məmmədov “Yeni Müsavat”ı məhkəməyə verib. Nazir müavini “Yeni Müsavat”ın silahlı qüvvələrdən yazan yazarlarının həbs olunmasını tələb edir. Şikayətçi üstəlik tənqidçi nəşrin üzərinə 100 000 AZN təzminat qoyulmasını da istəyir; 3. “Gilan” Qəbələ Konserv Zavodu “Yeni Müsavat”a qarşı –  “Gilan” 2009-cu ilin aprelində “Yeni Müsavat”da dərc olunmuş yazılara görə, qəzetdən 1 milyon AZN alınıb ona ödənilməsini tələb edir. Bu məbləğ “Yeni Müsvat”ın 10-15 illik büdcəsinə bərabərdir. İddiaçı “Gilan”ın istehsal etdiyi Jalə adlı meyvə şirələriylə bağlı yumor stilində yazılmış göşə yazısının bu şirələrin satışına ciddi zərər vurduğunu, satışın kəskin azaldığını, zavoda böyük ziyan dəydiyini deyir; 4. Azərbaycan Respublikası Nəqliyyat nazirinin oğlu, ZQAN şirkətlər qrupunun prezidenti  Anar Məmmədov “Yeni Müsavat” qəzetinə qarşı – A.Məmmədov qəzetdən ona vurulduğunu iddia etdiyi 500 000 AZN təzminat tələb edir; 5.    Haciqabul rayonunun icra başçısı Əhməd Muxtarov “Yeni Müsavat” qəzetinə qarşı –  Ə. Muxtarov rayon təsərrüfatının durumu barədə qəzetdə dərc olunan bütün tənqidi yazıların təkzib olunmasını tələb edir; 6. İsa Məhərrəmov “Yeni Müsavat”a qarşı – Bu iddianı bu ilin aprel ayında Bakı şəhərində keçirilən etiraz aksiyalarında inzibati binaların pəncərələrini qırdığı iddia olunan Şirvan şəhər sakini İsa Məhərrəmov qaldırıb. Həmin aksiyalar zamanı əksər tənqidçi qəzetlər adıçəkilən şəxsin etiraz aksiyasına yönəlmiş təxribatlarda iştirak etdiyi barədə bilgiləri, onun fotolarını yaymışdı. Həmin bilgilərin uydurma olduğunu deyən iddiaçı “Yeni Müsavat”ın 25 000 AZN təzminat ödəməsini tələb edir.

Qeyd edək ki, Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

“YASAVUL” MMC-NİN DİREKTORU ONA QARŞI TƏZYİQLƏR OLDUĞUNU DEYİR

Next Post

RAFİQ TAĞININ AİLƏSİ VƏ MƏZARININ MÜHAFİZƏSİ ÜÇÜN PROKURORLUĞA MÜRACİƏT EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.