“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞININ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

İyulun 25-də Bakının Xətai rayon Məhkəməsində hakim Raziyə Ataşovanın sədrliyi ilə “Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyevanın 335 saylı bağçanın müdirəsi Sevda Almuradovaya qarşı  növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.
Prosesdə cavabdeh və onun vəkili iştirak etməyib. Hakim prosesdə bildirib ki, bağça müdirəsinin şikayəti Apellyasiya Məhkəməsinə göndərilib. Belə ki, müdirə S.Almuradova məhkəmə bitmədən qəzetlərdə hadisə ilə bağlı informasiyanın getməsini qanunsuz hesab edərək, iyulun 11-də keçirilən proses zamanı qarşılıqlı iddia versə də, məhkəmə həmin iddianı geri qaytarmışdı. Müdirə isə bundan şikayət vermişdi. Məhkəmə isə şikayəti təmin etməyib və ərizə baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərilib. Hakim bu səbəbdən iş Apellyasiya Məhkəməsində  baxılıb geri göndərilənə qədər prosesi təxirə salıb.
 
Xatırladaq ki, jurnalist Röya Rəfiyevanın məhkəməyə müraciət etməsinə səbəb  335 saylı bağçanın müdirəsi Sevda Almuradovanın bağçada tərbiyə alan oğlu Amin Qurbanlını qanunsuz olaraq oradan qovmasıdır. Müdirə jurnalistin 1 yaş 8 aylıq oğlu Amin Qurbanlını anasının müxalifət qəzetində işlədiyini əsas gətirib bağçadan qovaraq, jurnalisti təhqir edib. Jurnalist müdirə tərəfindən təhqirə məruz qaldığı, eyni zamanda azyaşlı oğlunun pozulan hüquqlarının bərpası üçün Xətai Rayon Məhkəməsinə müraciət edib.
 
Previous Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLİR

Next Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.