Bu barədə RATİ-yə Aşurovun özü məlumat verib.
Onun sözlərinə görə, proses iddiasının rədd edilməsi ilə başa çatıb. “Qərarda nəyin yazıldığını bilmirəm. 10 gün ərzidə qərar mənə verilməlidir”, – deyə qeyd edən Aşurov bundan sonra yuxarı məhkəmə instansiyasına müraciət edib-etməyəcəyi ilə bağlı qərar verəcəyini bildirdi.

Qeyd edək ki, Məmmədyarovun Milli Təhlukəsizlik Nazirliyinə etdiyi müraciət əsasında Fətullayevin terrora çağırışda ittiham edilməsinə dair cinayət işi başlanmışdı. Xarici işlər naziri Fətullayevin “Əliyevlər müharibəyə gedir” başlıqlı yazısından Azərbaycanda işləyən xarici ölkə vətəndaşların, iş adamlarının narahat olduğunu və ona bu məsələ ilə bağlı müraciət etdiklərini bildirib. Bu səbəbdən də Aşurov Məmmədyarova sorğu göndərərək narahat olduqları iddia edilən şəxslərin adlarının aşıqlanmasını istəyib. Amma sorğu cavablandırılmayıb. Bu səbəbdən də vəkil məhkəməyə müraciət etmişdi.