
Mürsəliyeva Zahidin mətbuatla maraqlandığını, “Azadlıq” qəzetini isə həm oxucu həm də baş redaktor kimi oxuduğunu dedi. ”Artıq bir ildir ki, “Azadlıq” qəzeti baş redaktorun müdaxiləsi olmadan dərc olunur. Qənimət qəzetin bu dövrkü fəaliyyətindən razıdır, kollektivə də heç bir iradı yoxdur”, – deyə qeyd edən Mürsəliyeva hazırda baş redaktorun alman və ingilis dillərini öyrənməklə məşğul olduğunu da qeyd etdi.
O, həmçinin Zahidin məhkum olunmasına səbəb olmuş cinayət işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayət ərizəsi ilə maraqlandığını da bildirdi: “Ona bildirdim ki, yaxın 2 ay ərzində bu şikayətin icraata götürülüb-gütürülməməyi barədə bizə xəbərdarnamə göndərilməlidir”.
Xatırladaq ki, baş redaktor xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərbə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunub. 2008-ci il martın 7-də 4 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.