Səbail rayon məhkəməsi Media Hüququ İnstitutunun (MHİ) Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı informasiya sorğusunun cavablandırılmaması ilə bağlı iddiasını təmin etməyib.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) MHİ-nin layihə koordinatoru Xalid Ağəliyev məlumat verib. Onun sözlərinə görə, qərar fevral ayında çıxarılıb və iddia üzrə çıxarılmış qərar təqdim olunduqdan sonra apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, MHİ-nin MTRŞ-yə göndərdiyi sorğuda televiziya və radioların monitorinqinin hansı metodologiya üzrə aparıldığı soruşulub və bu monitorinqi tənzimləyən normativ hüquqi aktlar istənilib. MTRS informasiya sorğusunda qoyulan suallara tam cavab verməyib və bildirib ki, metodologiyanın aparılması qanunvericiliklə tənzimlənir.