İCTİMAİ BİRLİYİN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN OLUNMADI

Bu gün (17 mart) Yasamal rayon məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə “Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təsisçiləri Əli Bəşirli və Şükür İzzətoğlunun Ədliyyə Nazirliyinə qarşı “İB-nin qeydiyyata alınmamasının qanunsuz hesab edilməsi” ilə bağlı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində hakim R.Qurbanov iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, 2009-cu ilin mart ayında təsis olunan “Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi” İctimai Birliyi 7 aprel 2009-cu ildə Ədliyyə Nazirliyinə müraciət etsə də, qeydiyyata alınmadığına görə məhkəməyə müraciət etmişdi.

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTUNUN MTRŞ-YƏ QARŞI İDDİASI TƏMİN OLUNMAYIB

Next Post

AZƏRBAYCAN TELEKANALLARINDA APARICILARIN PEŞƏKARLIĞI İLƏ BAĞLI DEBAT KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.