SEÇKİ MÜŞAHİDƏSİ ZAMANI TƏZYİQLƏ ÜZLƏŞƏN JURNALİSTİN İDDİASI TƏMİN EDİLİB

Bu gün (11 aprel) Suraxanı rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə  7 noyabr 2010-cu il tarixdə keçirilən  parlament seçkisi zamanı Suraxanı rayon 2-  saylı Dairə Seçki Komissiyasının 16 saylı məntəqəsində müşahidəçi olmuş Nizami Cəfərovun Suraxanı rayon Prokurorluğuna qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Bu barədə bu gün (11 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) N. Cəfərovun vəkili Fariz Namazlı məlumat verib.

Prosesdə iddiaçının vəkili Fariz Namazlı və cavabdeh tərəfdən Suraxanı rayon Prokurorunun böyük köməkçisi İbrahim İsmayılov iştirak ediblər.

İddiaçının vəkili F.Namazlı 7 noyabr 2010-cu il tarixində hüquqlarını müdafiə etdiyi şəxsin azadlıq hüququnun məhdudlaşdırıldığını, polislərin hərəkətinin qanunsuz olduğunu və prokurorluğun işi lazımınca araşdırmadığını məhkəmədə bildirib.

Qarşı tərəfin nümayəndəsi İ. İsmayılov  iddiaçının etirazının əsassız olmasını ifadə edib.

Hakim S. Məmmədov müşavirədən sonra iddianın təmin edilməsi barədə qərarını elan edib.

Xatırladaq ki, 7 noyabr 2010-cu il tarixində Suraxanı rayon 2-ci seçki dairəsinin 16 saylı məntəqəsində müşahidəçi olmuş Nizami Cəfərov  özlərini  Suraxanı rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən qanunsuz olaraq, 6 saat müddətində  saxlanılıb. Polislərin hərəkəti barədə Suraxanı rayon Prokurorluğuna müraciət edilib. Suraxanı rayon Prokurorluğu 18 fevral 2011-ci ildə şikayəti təmin etmədiyindən N. Cəfərov bu qərardan məhkəməyə iddia ərizəsi ilə müraciət edib.

 

 

Previous Post

MİTİNQDƏ HƏBS EDİLƏNLƏRİN APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN OLUNMADI

Next Post

BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ RƏİSİNİN JURNALİST VƏ VƏKİLƏ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.