Bu gün (18 aprel) 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsində hakim Fəqan Əhmədovun sədrliyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin, Media Hüququ İnstitutunun, Azərbaycan Hüquqçular Assosiasiyasının, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin, Tender Monitorinq Mərkəzinin, Adnan Hacızadənin, habelə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayevin Ədliyyə Nazirliyinə və həmin Nazirliyin Penitensiar Xidmətinə qarşı qaldırdıqları şikayətə əsasən keçirilməli olan məhkəmə prosesi baş tutmadı.
Qeyd edək ki, yuxarıda adları çəkilən qurumların rəhbərləri jurnalist E.Fətullayev və o zaman həbsdə olan bloqqerlər A.Hacızadə və E.Abdullayevlə görüşmək məqsədilə 2010-cu ilin avqust ayında Ədliyyə Nazirliyinə müraciət ediblər. Nazirlik onlara cavab verməkdən imtina edib. Daha sonra Ədliyyə Nazirliyinin Xidmətinə və Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinə müraciət olunsa da, həmin qurumlar məhbuslarla görüşə icazə vermək səlahiyyətinin digərinə məxsus olduğunu əsas gətirərək məsuliyyəti biri-birinin üzərinə atıblar.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.
Habelə Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.