GƏNC FƏAL 13 GÜNDÜR Kİ QANUNSUZ HƏBDƏ SAXLANILIR

AXCP Gənclər təşkilatının üzvü, gənc blogger Cabbar Savalanlı qanunsuz olaraq həbsdə saxlanılır. Bu barədə RATİ-yə onun  vəkili Anar Qasımov məlumat verib. Vəkil bildirib ki, aprelin 5-də onun haqında seçilmiş həbsqətimkan tədbirinin müddəti bitib və bu müddət məhkəmə tərəfindən artırılmırsa gənc fəal azad edilməlidir.

Vəkil Anar Qasımov bu barədə  Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mədət Quliyevə müraciət ünvanlayıb. Müraciətdə gənc fəalın fevralın  5-də qanunsuz narkotik ittihamı ilə həbs edilməsini və aprel ayının 5-də  haqqında seçilmiş həbs qətimkan tədbirinin   müddətinin bitməsinə baxmayaraq, onun hələ də həbsxanada saxlanılmasının qanuna zidd bir hal olduğunu qeyd edib.

          Xatırladaq ki,  Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

Previous Post

QHT RƏSMİLƏRİ VƏ EYNULLA FƏTULLAYEVİN PENİTENSİAR XİDMƏTİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİ

Next Post

MƏHBUS JURNALİST ONUNLA BAĞLI BAŞLANAN MƏHKƏMƏ PROSESİNƏ GÖRƏ BAKI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.