KEÇMİŞ BAŞ REDAKTORA QARŞI İDDİALAR İCRAATA GÖTÜRÜLÜB

Bu gün Yasamal Rayon Məhkəməsində "Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyevin "24 saat" qəzetinin keçmiş baş redaktoru Fikrət Fərəməzoğluna qarşı xüsusi ittiham və  mülki qaydada qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

Hakimlər – Südabə Məmmədovanın (xüsusi ittiham qaydasında) və Xaqani Tağıyevin (mülki qaydada) sədrliyi ilə keçirilən iclaslarda tərəflərə hüquq və vəzifələri izah olunub və işlər icraata götürülüb. Mülki qaydada keçirilən prosesdə iddiaçının vəkili Əliyev Fərhad hakimdən məhkəmənin qapalı keçirilməsini xahiş etdi. Cavabdeh buna heç bir etiraz bildirmədi və hakim işə baxış zamanı prosesin qapalı keçəcəyini elan etdi. Hər iki proses aprelin 29-a təyin olunub.

Xatırladaq ki, "Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyev "24 Saat" qəzetinin baş redaktoru Fikrət Fərəməzoğluna qarşı iki iddia qaldırmışdı. İddiaya səbəb qəzetin 04 fevral tarixində yazılan "Şərəfsizlərə şərəf dərsi" başlıqlı köşə yazısıdır. Birinci iddiada baş redaktorun xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147, 148-ci maddələri ilə təqsirli bilinərək həbs olunmağı xahiş edilir.  Mülki qaydada qaldırılan iddiada isə  100 min manat təzminatın ödənilməsi məhkəmədən xahiş edilir.
Fərəməzoğlu RATİ-yə bildirib ki, o sözü gedən köşə yazısını  "Elçi" qəzetinin 03 fevral 2008-ci il tarixindəki "24 Saat"-ın əqrəbini kim fırladır" başlıqlı yazıya cavab olaraq yazmışdı.

Previous Post

JURNALİSTLƏR MƏHKƏMƏ ZALINDAN KƏNARLAŞDIRILIB

Next Post

DAHA BİR JURNALİSTİN NÖMRƏSİNDƏN TANIMADIĞI ŞƏXSƏ SMS GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.