VƏKİL JURNALİSTƏ HÜCUM EDƏN ŞƏXSİ HƏM DƏ XULİQANLIQDA SUÇLAYIR

Dünən (22 yanvar) “Yeni Müsavat ” qəzetinin əməkdaşı Zamin Hacının vəkili Fariz Namazlı Binəqədi rayon Prokurorluğunun müstəntiqi İlyas Seyidova ərizə ilə müraciət edib.

Ərizədə “Qarabağ Azadlıq Təşkilatı”nın (QAT) sədri Akif Nağıya qarşı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə də cinayət işinin açılması tələb olunub. Həmçinin vəkil jurnalistə hücum edən digər şəxslərin də istintaqa cəlb olunmasını tələb edib. Bu barədə RATİ-yə Fariz Namazlının özü məlumat verdi:
“Bu gün məsələ ilə əlaqədar müstəntiq İlyas Seyidovla görüşmək istəyirdim. Amma müstəntiq iclasda olduğunu bildirdi və görüş baş tutmadı”.
Xatırladaq ki, ötən il dekabr ayının 12-də axşam saatlarında QAT sədri Akif Nağı və adamları “Yeni Müsavat” qəzetinin redaksiyasına hücum edərək jurnalist Zamin Hacıya fiziki təzyiq göstəriblər. Baş vermiş hadisə ilə bağlı ilkin təhqiqat Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində aparılıb. Hazırda iş Binəqədi rayon Prokurorluğunda müstəntiq İlyas Seyidovun icraatındadır. A.Nağıya qarşı Cinayət Məcəlləsinin 163.1 maddəsi (jurnalist fəaliyyətinə mane olma) üzrə cinayət işi qaldırılıb.
Previous Post

“RİA.AZ” SAYTI HAKER HÜCUMUNA MƏRUZ QALIB

Next Post

GENERALIN APELLYASİYA ŞİKAYƏTİ RƏDD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.