GENERALIN APELLYASİYA ŞİKAYƏTİ RƏDD EDİLDİ

Bu gün (23 yanvar) Bakı Apellyasiya Məhkəməsində hakimi  Hüseyin Talıbovun  sədrliyi ilə Müdafiə Nazirliyinin Beyləqan Hərbi Birləşməsinin komandiri general-mayor Mahmud Həmzəyevin “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, qəzetin baş redaktorunun birinci müavini Üzeyir Cəfərov, ehtiyatda olan zabitlər – Arif Rəhimov və Telman Əbilova qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə  xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə RATİ-yə   Ü. Cəfərov məlumat verib.
Ü.Cəfərovun bildirdiyinə görə, hakim general M.Həmzəyevin verdiyi apellyasıa şikayətini  təmin etməyib  və Yasamal rayon Məhkəməsinin qərarını (http://www.irfs.az/content/view/1530/28/lang,az/) qüvvədə saxlayan qərar çıxarıb.
Previous Post

VƏKİL JURNALİSTƏ HÜCUM EDƏN ŞƏXSİ HƏM DƏ XULİQANLIQDA SUÇLAYIR

Next Post

NAZİRİN İDDİASİ İLƏ LEYLA YUNUSA QARŞI MƏHKƏMƏYƏ HAZIRLIQ İCLASI YANVARIN 26-DA DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.