VƏKİLİ QƏNİMƏT ZAHİDLƏ BAĞLI PENİTENSİAR XİDMƏTƏ MÜRACİƏT EDİB

Dünən (30 noyabr) Ayəndə Mürsəliyeva həyat yoldaşı, 17 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna ( RATİ ) Ayəndə Mürsəliyevanın özü verib.

A.Mürsəliyeva bildirib ki, Q.Zahidin saxlanma şəraitindən heç bir şikayəti olmasa da, səhhətində yaranmış problemlərdən əziyyət çəkir. Onun sözlərinə görə, baş redaktor revmatizm ağrılarının kəskinləşməsi nəticəsində  əsa ilə gəzmək məcburiyyətindədir. O həmçinin bildirib ki, bir müddət əvvəl  Q. Zahidin vəkili Əlaif Həsənov onun  revmatizm və ürək ağrılarının güclənməsi ilə bağlı Penitensiar Xidmətə müraciət edərək, müalicə müəssisəsinə köçürülməsi və rəhbəri olduğu “Azadlıq” qəzetindən bir nəfərin mütəmadi olaraq baş redaktorla əlaqə saxlaması barədə xahiş edib
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ MƏRKƏZİ HESABAT AÇIQLAYIB

Next Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ AĞIR VƏRƏM XƏSTƏLİYİNDƏ ƏZİYYƏT ÇƏKƏN MÜŞFİQ HÜSEYNOVUN AZAD OLUNMASINI İSTƏYİRL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.