FƏTULLAYEVİN VƏKİLİ MÜRACİƏT YAZIB

Dünən “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin vəkili İsaxan Aşurov baş redaktorla görüşüb.

Bu barədə RATİ-yə məlumat verən Aşurov bildirib ki, Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsinin sanitar hissəsinə köçürülüb. Baş redaktorun hüquqlarının pozulduğunu, yaxınlarının onunla  görüşə bilmədiyini, habelə  müəssisə rəhbərliyinin müxalifət qəzetləri almağa qadağa qoyduğunu deyən vəkil adıçəkilən məsələlərlə əlaqədar  12 saylı cəzaçəkmə müəssisəsinin və Penitensiar Xidmətin rəisinə müvafiq müraciət yazdığını bildirib.
Previous Post

SİYASİ MƏHBUSLAR ACLIQ AKSİYASINA BAŞLAYARAQ BAŞ REDAKTORA DƏSTƏK OLURLAR

Next Post

QƏNİMƏT ZAHİDOV APELYASİYA MƏHKƏMƏSİNDƏ İŞTİRAK ETMƏK İSTƏMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.