QƏNİMƏT ZAHİDOV APELYASİYA MƏHKƏMƏSİNDƏ İŞTİRAK ETMƏK İSTƏMİR

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun vəkili Osman Kazımov baş redaktorla görüşüb.

Bu barədə RATİ-yə məlumat verən Kazımov bildirib ki, Zahidov Apelyasiya məhkəməsində iştirak etmək istəmir. Vəkili ilə söhbətində baş redaktor bunun səbəbini məhkəmənin sifarişli olması, apelyasiya məhkəməsinin də eyni qərar çıxaracağı ilə izah edib. Kazımov baş redaktorun aclıq aksiyasına başlayacağını da vurğuladı.
Previous Post

FƏTULLAYEVİN VƏKİLİ MÜRACİƏT YAZIB

Next Post

ABŞ SƏFİRLİYİ HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AİLƏLƏRİ İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.