Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil Elton Quliyev məlumat verib. Şikayətə iyulun 8-də “Lebanes” kafesində baş vermiş hadisə ilə bağlı işin araşdırılması zamanı Səbail Rayon polis İdarəsinin polis işçilərinin qanunsuz hərəkətləri və apardıqları istintaq səbəb olub.
E. Quliyevin bildirdiyinə görə, şikayətdə saxlanma və işin istintaqının aparılması zamanı gənclərlə kobud davranış və vəkilin gənclərlə görüşünə maneçilik yaradılması kimi müddəalar yer alıb. Bütün bunları Avropa İnsan Hüquqları Konvensiyasına zidd sayıldığını deyən vəkil məhkəmədən bu faktların araşdırılması və pozuntulara yol verən polis nəfərlərinə qarşı müvafiq tədbirlər görülməsini xahiş etdiklərini bildirib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.