Naxçıvan Muxtar Respublikasında RATİ-nin bölgə müxbirləri Elman Abbasov və Həkimeldostu Mehdiyevə qarşı qohumları vasitəsilə təxribat hazırlanılır.
Bir neçə gün bundan əvvəl yaxın qohumlarından biri RATİ-nin bölgə müxbiri E.Abbasova yerli hakimiyyət orqanları tərəfindən ona qarşı təxribat hazırlandığı barədə məlumat verib. Mənbənin verdiyi məlumata görə, yerli hakimiyyət orqanları E.Abbasovun qaynı I qrup gözdən əlil Əliyev Şücaət Musa oğlunun xəstəliyindən istifadə edərək, onun həyat yoldaşı Gültəkin Əliyevanın əli ilə jurnalistə qarşı təxribat xarakterli əməliyyat planı hazırlayırlar. Məlumata əsasən, G.Əliyevanı naməlum şəxslər zəng edərək hədələyirlər və onu Elman Abbasovun əleyhinə təxribat xarakterli (dövlət əleyhinə cinayətdə ittiham) sənədə imza atmağa məcbur edirlər.
Xatırladaq ki, oxşar xarakterli təxribat bir neçə gün bundan öncə RATİ-nin digər bölgə müxbiri Həkimeldostu Mehdiyevə də qarşı planlaşdırılırdı. Belə ki, jurnalistin yaxın adamlardan birinə Şərur rayon Polis İdarəsinin rəisi Məmməd Hüseynov tərəfindən bir qutu patron verilərək həmin sursatın H. Mehdiyevin avtomobilinə atmağı tələb etmişdi.
Qeyd edək ki, RATİ-nin Naxçıvandakı bölgə müxbirləri və Naxçıvan Demokratiya və Qeyri Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzi Naxçıvan Muxtar Respublikası hüquq mühafizə orqanlarına açıq məktubla müraciət edərək, son dövrdə Naxçıvanda işləyən jurnalistlərə qarşı təxribatların hazırlandığı və bu təxribatların qarşısının alınmağı üçün tədbirlərin görülməsi xahiş ediblər.