Jurnalİstlər üçün hüquqİ termİnlər lüğətİ dərc olunub

     Mayın 12-də Beynəlxalq Mətbuat Mərkəzində “Jurnalistlər üçün hüquqi terminlər” lüğətinin təqdimatı keçirilib. 780 səhifəlik kitab 1 min nüsxə tirajla “Hüquqi ədəbiyyat” nəşriyyatında dərc olunub. Bu, Azərbaycan Respublikası  Baş Prokurorluğu, Hüquqşünaslar Konfederasiyası və Mətbuat Şurasının birgə layihəsidir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun sözlərinə görə, hüquqi mövzuda yazan çox sayda jurnalist olmasına baxmayaraq, indiyədək xüsusi informasiyalarda və reportajlarda hüquqşünasların qeyri-dəqiqliklərə yol verilir. Jurnalistlər auditoriyanın spesifikasını, hüquqi mövzuda materialları adətən hakimlərin, polislərin, vəkillərin və digər hüquqşünasların oxuduğunu nəzərə almalıdırlar”,- deyə Sultanov bildirib.

              Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli bildirib ki, bu, kütləvi informasiya vasitələri nümayəndələrinin hüquqi biliklərinin artırılmasında maraqlı olan adı çəkilən qurumların ilk və son birgə layihəsi deyil.

              “Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nə Konstitusiya, Cinayət, Mülki, Prosessual Məcəllələrdən, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “KİV haqqında”, İnformasiya azadlığı haqqında”, “Dövlət sirri” haqqında qanunlardan və digər qüvvədə olan qanunverici aktlardan çıxarışlar daxil edilib.

            Xatırladaq ki, Bu, hüquq elmləri namizədi Eldar Əfəndiyev tərəfindən hazırlanmış kitabın ikinci nəşridir.

 

Previous Post

AZADLIQ QƏZETİNİN REDAKTORU QƏNİMƏT ZAHİD İLƏ MÜSAHİBƏ.

Next Post

ELMİN BƏDƏLOVUN ADNA-YA QARŞI YENİDƏN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.