LEYLA YUNUS YASAMAL RAYON MƏHKƏMƏSİNƏ MÜRACİƏT GÖNDƏRƏCƏK

“Sülh və Demokratiya İnstitutunun” rəhbəri Leyla Yunus, Daxili İşlər Naziri Ramil Usubovun ona qarşı olan iddiası əsasında mart ayının 2-də keçirilməsi nəzərdə tutulan məhkəmənin açıq keçirilməsi barədə Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərova və hakim Raqib Qurbanova müraciət edəcək.

Bu barədə L. Yunus bu gün (20 fevral)keçirdiyi mətbuat konfransında məlumat verib. Hüquq müdafiəçisi eyni zamanda onu da bildirib ki, müraciətində məhkəmə prosesinin daha böyük zalda keçirilməsini və prosesin gedişi zamanı foto və video çəkilişlərin aparılmasına icazə verilməsini də xahiş edəcək: ” Əgər  mənə tutarlı səbəb göstərmədən tələblərimi yerinə yetirməsələr Apellyasiya Məhkəməsinə müraciət edəcəyəm”.
Video: http://www.irfs.az/content/view/1925/31/lang,az/
Previous Post

“DAY.AZ” FƏALİYYƏTİNİ DAVAM ETDİRƏCƏK

Next Post

JURNALİSTLƏRİN VƏSATƏTİ TƏMİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.