JURNALİSTLƏRİN VƏSATƏTİ TƏMİN EDİLDİ

16 fevral 2009-cu il tarixində Səbail Rayon Məhkəməsində  hakim Elnur Həsənovun sədrliyi ilə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar Ağazadənin Ədliyyə Nazirliyinə, Ədliyyə nazirliyinin Penitensiar Xidmətinə və 1saylı İstintaq Təcridxanasına qarşı, həbsdə saxlanma şəraitinin qanunsuz hesab olunmasına dair qaldırdıqları iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçılar vəsatətlə çıxış edərək, məhkəmədən 1 saylı İstintaq Tacridxanasına baxış keçirməyi, orada saxlanılan şəxslərin siyahısını öyrənməyi, saxlanma kameralarının fotogörüntülərini çəkməyi, kameraların ölçü və sxemi ilə yerində baxış keçirilərək tanış olmağı  xahiş etmişdilər.
Hakim E. Həsənov verilən  vəsatəti təmin edərək fevral ayının 25-i saat 15:30-da 1 saylı İstintaq Təcridxanasına baxış keçiriləcəyini bildirdi.
Xatırladaq ki “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar Ağazadə 2007-ci ildə C. Əliyevin iddiası ilə 5 ay 1 saylı İstintaq Təcridxanasında saxlanılmışdırlar.
Previous Post

LEYLA YUNUS YASAMAL RAYON MƏHKƏMƏSİNƏ MÜRACİƏT GÖNDƏRƏCƏK

Next Post

“SÖZ AZADLIĞININ VƏ JURNALİSTLƏRİN MÜDAFİƏSİNƏ YARDIM FONDU” JURNALİSTLƏRƏ MADDİ YARDIM EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.