BÖHTAN İDDİASI İLƏ TƏHSİL EKSPERTİNƏ QARŞI VERİLƏN ŞİKAYƏT İLKİN MƏHKƏMƏ İNSTANSİYASINA QAYTARILDI

Bu gün (24  dekabr ) Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin  sədrliyi ilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Dərslikləri Qiymətləndirmə Şurası”nın təhsil məsələləri üzrə ekspert Əlövsət Osmanlıya qarşı  iddiasına əsasən Yasamal rayon Məhkəsinin  5 noyabr 2010-cu il tarixdə verdiyi qərardan apellyasiya şikayəti üzrə məhkəmə prosesi  keçirildi.

Prosesdə cavabdeh Ə. Osmanlı və vəkili Elçin Sadıqov, eləcə apellyasiya şikayəti ərizəsində imzaları olan  “Dərslikləri Qiymətləndirmə Şurası”nın üzvləri iştirak edirdilər.

E. Sadıqov apellyasiya şikayəti ərizəsində olan imzaların imza sahiblərinə məxsus olmadığını və məhz bu səbəbdən xüsusi ittihamçıların hamısının məhkəmədə iştirakının təmin edilməsini məhkəmədən xahiş etdi.

Müşavirədən qayıdan hakim S. Mirzəyev isə Yasamal rayon Məhkəməsinin  qərarının ləğv edilməsi və işin yenidən ilkin instansiya məhkəməsinə qaytarılması barədə çıxardığı qərarı elan etdi.

Prosesdən sonra Ə. Osmanlı hakimin bu qərarından kassasiya şikayəti verəcəklərini bildirdi.

 Xatırladaq ki, Ə.Osmanlının “Azadlıq” qəzetində təhsildəki nöqsanlarla bağlı yazdığı silsilə yazılardan birində getmiş “Dərslikləri Qiymətləndirmə Şurası dərslik komplektlərinin seçimində saxtakarlığa yol verir” cümləsini özlərinə qarşı böhtan hesab edən Dərslikləri Qiymətləndirmə Şurası” üzvləri Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər. Yasamal rayon Məhkəməsi 5 noyabr 2010-cu il tarixdə işə xitam verilməsi barədə qərar  çıxarmışdı.

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU MEDİANIN DURUMUNA DAİR HESABAT AÇIQLAYIB

Next Post

NEFTLƏ ÇİRKLƏNMİŞ ƏRAZİLƏR MONİTORİNQ EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.