İDMAN TELEVİZİYA KANALINA SAHİB OLMAĞA “LİDER”DƏ İDDİALIDIR

Yeni idman televiziya kanalının açılması üçün Milli Televiziya və Radio Şurasının elan etdiyi  müsabiqəyə “Lider” telekanalı da dünən (18 iyun) sənədlərini təqdim edib.

“Media forum”-un yaydığı məlumatda bildirilir ki, kanalla bağlı daha bir fiziki şəxs zəng edərək şərtlərlə maraqlanıb. Bu haqda “Media forum”-a məlumat verən MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, müraciət telefon danışıqlarından o, tərəfə keçməyib.
Xatırladaq ki, MTRŞ Azərbaycanda Olimpiya hərəkatının genişlənməsini, dövlətin  idmana olan qayğısının artmasını nəzərə alaraq idman televiziya kanalının açılması barədə müsabiqə elan etmişdir. Aprel ayının 21-ə qədər davam edən müsabiqəyə heç bir sənəd  təqdim olunmadığından müsabiqənin vaxtı 1 ay müddətinə uzadılmışdır. Bu vaxta qədər isə kanal üçün yalnız “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti rəsmi şəkildə müraciət etmişdi.

Previous Post

QƏNİMƏT ZAHİDİN ƏLYAZMALARININ TALEYİ SİRR OLARAQ QALIR

Next Post

FUAD ƏLƏSGƏROV HESAB EDİR Kİ, AZƏRBAYCANDA SİYASİ MƏHBUS YOXDUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.