QƏNİMƏT ZAHİDİN ƏLYAZMALARININ TALEYİ SİRR OLARAQ QALIR

Həbsdə olan jurnalist “Azadlıq” qəzetinin baş redaktoru, hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Qənimət Zahidin (Zahidov) əlyazmalarının geri alınması ilə bağlı 1 saylı İstintaq Təcridxananın rəisi Misir Əliyevə etdiyi müraciətə cavab verilib.

Bu haqda RATİ-yə “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov məlumat verdi. “Məktubda bildirilir ki, Qənimət Zahidin əlyazmaları Penitensiar Xidmətin rəhbərliyinə verilib. Bunun üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət edin”, – deyə qeyd edən A. Əhmədovun sözlərinə görə, əslində onlar  Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə də müraciət ediblər. Amma hələ ki, oradan heç bir cavab verilməyib.
Xatırladaq ki, Q. Zahidin Bayıl İstintaq Təcridxanasında saxlanılanda Azərbaycanın müasir tarixindən bəhs edən kitab yazıb. Kitabın  əlyazmalarını Bayıl İstintaq Təcridxanasının  rəisi Misir Əliyev tərəfindən oxumaq adı ilə müəllifdən alıb. Daha sonra isə o, əlyazmaları geri qaytarmayaraq kitabın Heydər Əliyev və İlham Əliyevin əleyhinə yazıldığını iddia edib və əlyazmaların Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası  Baş İdarəsinə verdiyini söyləmişdi.

Previous Post

RATİ SƏDRİ EMİN HÜSEYNOVUN MÜALİCƏSİ DAVAM EDİR

Next Post

İDMAN TELEVİZİYA KANALINA SAHİB OLMAĞA “LİDER”DƏ İDDİALIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.