MƏHKƏMƏDƏ DİLÇİ ALİM BDU REKTORUNUN JURNALİSTİ TƏHQİR ETMƏDİYİNİ BİLDİRİB

Bu gün (6 may) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə "Müxalifət" qəzetinin əməkdaşı Yaşar Ağazadənin BDU-nun rektoru Abel Məhərrəmova qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia  üzrə məhkəmə prosesi keçirildi.

Proses məhkəmədə ekspert qismində iştirak edən Milli Elmlər Akademiyasının  Dilçilik İnstitutunun filologiya elmləri doktoru İsmayıl Məmmədovun rəyi ilə başlandı.
Mütəxəssis jurnalistin təhqir kimi qəbul etdiyi məktubda şəxsiyyətlə bağlı təhqir edici ifadələrin olmadığını dedi: “Məktubda söhbət Yaşar Ağazadənin özündən deyil yazdığı məqalələrdən gedir”, – deyə o, bildirdi.
 Daha sonra hakim mütəxəssisə verdiyi rəyi məhkəməyə yazılı şəkildə təqdim etməsini tapşırıb. Bundan sonra proses  7 may saat 14:00-a qədər təxirə salındı.    
Xatırladaq ki, Ağazadə BDU-nun maliyyə təsərrüfat işləri ilə bağlı məlumat almaq üçün maliyyə naziri Samir Şərifovun adına sorğu göndərib. Amma sorğuya cavab vermək əvəzinə BDU-ya müraciət edən Maliyyə Nazirliyi Məhərrəmovun imzası ilə jurnalistin qərəzli məqalələr müəllifi olması barədə məktub alıb və həmin məktub da Ağazadəyə təqdim edilib. Bu səbəbdən də məhkəməyə üz tutan Ağazadə  Məhərrəmovun təkzib verməsini və 1000 AZN məbləğində cərimələnərək həmin vəsaitin Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürülməsini tələb edir.

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİ REDAKSİYASINDA GƏRGİNLİK VƏ NARAHATÇILIQ YARANIB

Next Post

“BAKI ZAMAN” –in BAŞ REDAKTORU “YENİ MÜSAVAT”ı MƏHKƏMƏYƏ VERİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.