MƏTBU NƏŞRLƏRİN SİYAHISININ ƏDLİYYƏ NAZİRLİYİNİN SAYTINA DAXİL EDİLMƏSİ İŞİ TAMAMLANMAQ ÜZRƏDİR

Xəbər verdiyimiz kimi "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu" (RATİ) qeydiyyata alınan çap mətbu orqanlarının siyahısını əldə etmək üçün Ədliyyə Nazirliyinə müraciət etmişdi.

Nazirlikdən bildirilmişdi ki, həmin siyahı bu qurumun www.justice.gov.az saytında yerləşdiriləcək.
Lakin uzun müddət keçsə də,  həmin siyahı göstərilən saytda yerləşdirilmədiyindən RATİ ötən ay yenidən nazirliyə müraciət etdi. Dünən (11 avqust) Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanovun imzası ilə daxil olan cavab məktubunda qeyd edilir ki, mətbu nəşrlərin reyestrə daxil edilməsi ilə bağlı tamamlanma işləri aparılır.
Previous Post

“GÜNDƏLİK BAKI”YA QARŞI QALDIRILMIŞ İDDİA GERİ GÖTÜRÜLDÜ

Next Post

MUSAVAT GENCLER HEREKATININ GURCUSTANA DESTEK AKSIYASI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.