“GÜNDƏLİK BAKI”YA QARŞI QALDIRILMIŞ İDDİA GERİ GÖTÜRÜLDÜ

Bu gün (12 avqust) Yasamal rayon Məhkəməsində hakim Rizvan Abbasovun sədrliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Biolji Resursların Artırılması və Mühafizəsi Departamentinin rəis müavini Qabil Məmmədovun "Gündəlik Bakı" qəzetinə, qəzetin baş redaktoru Habil Vəliyevə, qəzetin əməkdaşları Kamran Məhərrəmli, Ülvi Məhəmmədoğluna və qəzetə şikayət məktubu təqdim etmiş Urşad Əhmədova qarşı qaldırılan iddia əsasında məhkəmə prosesi keçirilib.

Məhkəmədə çıxış edən iddiaçı Q. Məmmədov iddiasından qismən imtina etdiyini bildirdi. Belə ki, o, qəzetin baş redaktoru və əməkdaşlarına qarşı qaldırdığı iddiasını geri götürdü:  "Bu qəzetə qarşı mənim heç bir iddiam yoxdur. Verdiyim iddiamı geri götürürəm. Mənim iddiam qəzetlərə yanlış məlumat verən Urşad Əhmədova qarşıdır".
Xatırladaq ki, Qabil Məmmədov "Balıqlar Qabilin Əlindən nərə çəkirlər" başlıqlı  məqalədə yazılanları şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirərək məhkəməyə müraciət edib. Məmmədov qəzet və məqalə müəllifinin birlikdə 150 000 AZN həcmində cərimələnməsini tələb edirdi.
Previous Post

QƏNİMƏT ZAHİDOV ŞEYXİN JURNALİSTLƏRİN AZAD OLUNMASINA YARDIMÇI OLACAĞINA ÜMİD EDİR

Next Post

MƏTBU NƏŞRLƏRİN SİYAHISININ ƏDLİYYƏ NAZİRLİYİNİN SAYTINA DAXİL EDİLMƏSİ İŞİ TAMAMLANMAQ ÜZRƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.