QEYDİYYATDAN KEÇMİŞ KİV-İN SİYAHISI SAYTDA YERLƏŞDİRİLƏCƏK

Ədliyyə Nazirliyi üç gün ərzində Azərbaycanda qeydiyyatdan keçən KİV-nin siyahısını nazirliyin rəsmi internet səhifəsində yerləşdirəcək.

Bu haqda məlumat RATİ-yə Ədliyyə Nazirliyindən verilib.
RATİ 24 yanvar 2008-ci ildə nazir Fikrət Məmmədova müraciət etmişdi. Müraciətdə Ədliyyə Nazirliyində qeydiyyata alınan çap KİV-nin siyahısının RATİ-yə  təqdim edilməsi xahiş olunmuşdu. Müraciətə cavab gəlmədiyindən dünən (06 fevral) nazirliklə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, “qeydiyyatdan keçən KİV-in sayı çox olduğundan onların siyahısını məktub vasitəsilə göndərə bilmərik. Həmin siyahı üç gün ərzində internet səhifəmizdə yerləşdiriləcək”.  

Previous Post

BAŞ PROKUROR ZİDDİYYTƏLİ AÇIQLAMA VERİB

Next Post

JURNALİSTİN MÜRACİƏTLƏRİ NƏ CAVAB GƏLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.