ƏVƏZ ZEYNALLININ “BALTİKA- BAKI” MMC İLƏ MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

iyun 8th, 2012
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın iddiasına əsaən Nərimanov rayon məhkəməsinin 23 yanvar tarixli qərarından apellyasiya şikayəti verib.

Bu gün Bakı Apellyasiya məhkəməsində hakim İlham Əsədovun sədrliyi ilə həmin şikayətlə bağlı proses keçirilib.
Vəkil Elçin Sadıqov Əvəz Zeynallının prosesdə iştirakının təmin olunması ilə bağlı vəsatət verib. Hakim isə həmin vəsatətə növbəti prosesdə baxılacağını bildirib. Daha sonra Sadıqov çıxış edərək Nərimanov rayon məhkəməsində prosesin onların iştirakı olmadan keçirildiyini bildirib, məhkəmənin qərarını isə qanunsuz və əsassız adlandırıb.
Telexurayın nümayəndəsi Arif Ağayev isə birinci instansiya məhkəməsindən verilmiş şikayətlə razılaşmadığını bildirib.
Proses 21 iyun saat 14:50-də davam etdiriləcək.
Qeyd edək ki, iddiaçı "Xural" qəzetinin bir neçə sayında "Baltika-Bakı" MMC haqqında dərc olunmuş araşdırma məqalələrdə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək, qəzetin təkzib verməsini, 150 min manat cərimələnməsini istəyib. Məhkəmə isə həmin iddianı qismən təmin edərək Əvəz Zeynallının 50 min manat cərimə olunması ilə qərar qəbul edib.