“AZADLIQ” RADİOSUNUN EFİRİNDƏ CANLI PROQRAMLARIN YAYIMI DAYANDIRILIR.

fevral 27th, 2009
“Azadlıq” radiosu canlı proqramlarının yayımını dayandırır.

Bu xəbəri bu gün (27 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) radionun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova verib. O, açıqlamasında, radioda kadrlarla bağlı dəyişiklik və ixtisarların olmadığını, lakin proqramların yayımında müəyyən dəyişikliklərin baş verdiyini bildirib. X. İsmayılovanı sözlərinə görə ötən həftədən radioda canlı yayımlanan “Хəbər-ətər” proqramının yayımını dayandırılıb və böyük ehtimalla gələn həftədən  “Can-Bakı” proqramı da yayımını dayandırılacaq. Lakin X. İsmayılova proqramların yayımının dayandırılma səbəblərini açıqlamayıb. X. İsmayılova onu da vurğulayıb ki, bu kimi canlı tok-şou verilişlərinin əvəzinə yeni rubrikalar yayımlanacaq.
Radionun internet vasitəsilə yayımı məsələsinə toxunan X. İsmayılova yayımım  əvvəlki kimi adi qaydada davam etdiyini bildirdi.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 30 dekabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycanda yayımlanan "Azadlıq", "Amerikanın səsi" və  "BBC" radiolarının yerli FM tezliyində yayımına qadağa qoyulub. "Azadlıq", “Amerikanın səsi”, “BBC” radioları öz fəaliyyətlərini qısa dalğa, internet və peyk yayımı vasitəsilə davam etdirir.