JURNALİST YAZDIĞI KİTABA GÖRƏ ÖLÜMLƏ HƏDƏLƏNİR

Müstəqil jurnalist Eldəniz Elgün naməlum şəxslər tərəfindən ölümlə hədələnib. Bu barədə məlumatı bu gün (27 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü verib.

Hədələnməsinin səbəbinin yazdığı “On üç günlük 1001 gecə ” adlı kitab  olduğunu bildirən E. Elgün qeyd edib ki, gizli nömrələrdən zəng vuran naməlum şəxslər ondan kitabın satışdan yığışdırılması barədə informasiyanı gündəmə gətirməməyini tələb ediblər. E. Elgün onu da bildirib ki, ona zəng vuran şəxslər bu kitabın satışdan yığışdırıb yandırmağı, əks təqdirdə isə onun özünün yandırılacağını söyləyiblər. Jurnalist bununla bağlı respublika rəhbərliyinə müraciət hazırladığını və bu məsələ ilə bağlı tam dəqiqləşdirmələr aparıldıqdan sonra gələn həftə mətbuat konfransı keçirəcəyini bildirdi.
Xatırladaq ki, ki, bir neçə gün bundan əvvəl E. Elgünə Azərbaycan milli Elmlər Akademiyasının (AMEA) kitab evindən və kitabın satıldığı köşklərdən adıçəkilən kitabın satışa buraxılmasının mümkün olmaması bildirilmişdir.
Onu da qeyd edək ki, “On üç günlük 1001 gecə ” kitabda azərbaycanlı  gəncin erməni qızı ilə yaşadığı sevgi münasibətindən bəhs edilir. E. Elgün isə müəllifi olduğu  əsərində yalnız insani münasibətlərin, insani hiss və duyğularının öz əksini tapdığını bildirib.
Previous Post

“GÜNDƏLİK BAKI”-NIN HAZIRLIQ İCLASI BU DƏFƏ DƏ TƏXİRƏ SALINDI

Next Post

“AZADLIQ” RADİOSUNUN EFİRİNDƏ CANLI PROQRAMLARIN YAYIMI DAYANDIRILIR.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.