BAKIDAKI AKSİYADA YERLİ VƏ XARİCİ JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Mayın 21-də İctimai Palatanın (İP)  Bakı şəhərində keçirdiyi aksiya
zamanı bir qrup jurnalist peşə fəaliyyətlərini yerinə yetirən zaman
polislərin və mülki geyimli şəxslərin fiziki  təzyiqlərinə məruz
qalıblar.

Belə ki, RATİ əməkdaşları MirRəhim Həsənov və Mehman Hüseynov peşə
fəaliyyətlərini yerinə yetirərkən polislərin fiziki hücumuna məruz
qalıblar. M.Həsənovun kamerası əlindən alınaraq, yerə atılıb. M.
Hüseynovun isə fotoaparatının obyektivi zədələnib. Bundan başqa
aksiyada iştirak edən xarici media nümayəndələri də polislərin
kobudluğu ilə qarşılaşıb. Mülki geyimli polis “Eurovision”
müsabiqəsini işıqlandırmaq üçün Bakıya gələn Almaniyalı fotomüxbir
Steffen Haufenin əlindəki kartları alaraq cırıb, daha sonra isə ona
zərbə endirib.
Qeyd edək ki, mayın 21-də İctimai Palatanın fəalları   dənizkənarı
bulvar, “Sahil” parkı və “Fəvvarələr Meydanı” istiqamətində yürüş
ediblər. Onlar “Azadlıq!”, “İstefa!”, “Korrupsiyaya yox!” şüarlarını
səsləndirərək bir neçə dövrə vurduqdan sonra Sabir bağına yollanıblar.
Previous Post

BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.